İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu saxta diplom iddiası ilə bağlı ikinci dəfə hakim qarşısına çıxıb.
News24.az xəbər verir ki, məhkəmə iclasında qərar qəbul olunub və proses 8 dekabra qədər təxirə salınıb.
Məlumata görə, İmamoğlu “ard-arda rəsmi sənədləri saxtalaşdırmaq” ittihamı ilə 2 il 6 aydan 8 il 9 aya qədər azadlıqdan məhrumetmə cəzası ilə üz-üzədir. İttihamda onun bakalavr diplomunun saxta olduğu iddia edilir.
Qeyd edək ki, iclasdan öncə məhkəmə binası qarşısında kütləvi toplanma və gərginlik yaşanıb.
Aqil Qarayev