BMT-nin mətbuat xidmətindən verilən məlumata görə, Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından husilərin yaratdığı təhlükəsizlik qüvvələri üsyançıların nəzarətində olan paytaxt Sənada Birləşmiş Millətlər Təşkilatının binasını tərk edərək, əvvəllər həbs olunmuş əməkdaşlarını azad ediblər.
Busaat.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Onlar bildiriblər ki, bütün 15 əcnəbi işçi indi BMT-nin Sənadakı binası daxilində sərbəst hərəkət edə və BMT agentlikləri və onların ailələri ilə əlaqə saxlaya bilər.
Oktyabrın 18-də BMT iqamətgahında saxlanılan 5 yerli işçi sərbəst buraxılıb, mətbuat xidməti “Ənsar Allah” təhlükəsizlik qüvvələrinin Yəmənin paytaxtında təşkilatın qərargahını tərk etdiyini qeyd edib.
Bundan əvvəl BMT nümayəndəsi TASS-a bildirib ki, oktyabrın 18-də husilər BMT-nin Sənadakı ofisinə icazəsiz daxil olublar. Binanın içərisində üsyançı təhlükəsizlik qüvvələri 5 milli və 15 beynəlxalq BMT əməkdaşını saxlayıb.
Yeganə