“Suriyanın müvəqqəti hakimiyyət orqanları HHM sistemləri, zirehli texnika, PUA və modernləşdirilmiş artilleriya sistemlərinin satışıüçün Türkiyəyə müraciət edib. Bu zaman Türkiyənin hərbi yardımının bir hissəsi kimim silah verməsi yox, silahların rəsmi satışı nəzərdə tutulur. Terrorçuların və İsrailin təhdidlərinə qarşı öz müdafiəsini gücləndirmək üçün Suriyanın silahlara ehtiyacı var”,- qəzet yazır.
Bu kontekstdə prioritet vəzifə “ölkənin şimal hissəsini əhatə edən laylı eşalonlaşdırılmış HHM sisteminin yaradılması”dır. Ötən həftə Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Gərgünün Dəməşqə səfəri çərçivəsindəbu məsələlər birbaşa müzakirə olunub.
![]() |
| Reuters:“Dəməşq İsrailə qarşı Rusiyanı çağırır” |
İyul ayında Suriya Müdafiə nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti İstanbulda keçirilən IDEF-2025 müdafiə sənayesi sərgisində olub.
Suriya tərəfi Türkiyə Hərbi Dəniz Akademiyasında keçirilən brifinqdə iştirak edib, respublikanın təcrübəsi ilə tanış olub, görüşlər zamanı komanda-idarəetmə infrastrukturu və HHM arxitekturasına dair məlumat alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Reuters” agentliyi Suriya liderinin hərbsizləşdirilmiş zonanı genişləndirmək yönündə İsrailin təzyiqlərinə qarşı çıxmaq üçün Moskvadan dəstək axtardığını yazıb.
Bununla belə, suriyalı mənbələrə istinad edənUkraynanın “Militar” portalıbildirib ki, Dəməşq Rusiya və Suriya hakimiyyət orqanlarının imzaladığı müqavilələri dayandırıb.
Sahil İsgəndərov
AzVision.az
