AZ

Haqverdiyevin həbsi ilə bağlı detallar məlum oldu

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub.Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib.

Seçilən
84
1
metbuat.az

10Mənbələr