Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsində Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
 
 Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerli vaxtla 03:53-də meydana gəlib.
 
 ACT Hava Yollarına məxsus təyyarə eniş edərkən uçuş-enmə zolağında idarəetmədən çıxaraq yaxınlıqdakı maşına çırpılıb və dənizə düşüb.
 
 Qəza nəticəsində maşında olan 2 nəfər həyatını itirib. Təyyarənin göyərtəsindəki dörd ekipaj üzvü isə xilas edilərək xəstəxanaya çatdırılıb.
 
 Honq-Konq Beynəlxalq Hava Limanının şimal uçuş-enmə zolağı qəzaya görə müvəqqəti olaraq bağlanıb.(e-huquq.az)
  
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        