Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın
Florida ştatında tətil edən bir cütlük altı aylıq qız uşaqlarını Miramar
sahilində təxminən bir saat tək buraxdığı üçün uşağa laqeydlik ittihamı ilə
saxlanılıb. Olay, 10 oktyabrda cütlüyün üç uşağı ilə tətil zamanı baş verib.
Sherg.az xəbər verir ki, 37 yaşlı
Sara Sommers Vilks və 40 yaşlı əri Brian Vilks uşaqlarından birini çadır altında buraxaraq digər uşaqları ilə
gəzməyə çıxıblar. Şahid hadisəni polislərə xəbər verib və körpə təhlükəsizliyə qədər nəzarət
altında saxlanılıb.
Polisin açıqlamasına görə, uşağın
sağlamlığı normaldır. Cütlük “ciddi bədən xəsarəti törətməyən uşağa laqeydlik”
ittihamı ilə saxlanılıb və ertəsi gün 1000 dollar qarşılığında sərbəst
buraxılıb. Florida Uşaq və Ailə Xidmətləri Dairəsi isə uşaqları müvəqqəti
himayəyə götürüb;
daha sonra Texsasdan gələn yaxınları onları qəbul edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.