Çində təxminən 16 minə yaxın pilotsuz uçuş aparatından (PUA) istifadə olunaraq qeyri-adi şou keçirilib.
Publika.az xəbər verir ki, PUA-lar bir-bir havaya qalxaraq səmada əsrarəngiz mənzərə yaradıb.
Liuyanq şəhərində keçirilən şouda ağac, çiçəklər, Böyük Çin səddini təsvir edən görüntülər yer alıb.
15 min 947 PUA-dan istifadə edilən şou Ginnesin Rekordlar Kitabına düşüb.