AZ

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir.

Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir.

"Cebheinfo.az" 

Seçilən
56
14
cebheinfo.az

10Mənbələr