AZ

Binəqədidə “BYD” sürücüsü yük maşınını vurub aşırdı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 18-də axşam saatlarında DSK yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-RO-832 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil, 99-VU-356 dövlət nömrə nişanlı “Isuzu” markalı yük maşınıyla toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarına aşıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, yük maşınında sıxılı vəziyyətdə qalan sürücü vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
avtosfer.az

1Mənbələr