
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçən həftə elan olunan Budapeşt danışıqlarına hələ də hazırlıqlar başlamayıb.
AFN.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Sammitə hazırlıq hələ tam başlamayıb. Təbii ki, hər kəs prezidentlərin verdiyi tapşırıqları yerinə yetirir, lakin sammit üçün müvafiq şərtlərin hazırlanması məqsədilə tammiqyaslı danışıqlar, komanda işi hələ başlamayıb", - deyə Peskov "İnterfaks"a açıqlamasında qeyd edib.
Tramp və Putin, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində baş tutan telefon danışığı zamanı Budapeştdə görüşmək barədə razılığa gəliblər. Ağ Ev rəhbəri ümid etdiyini bildirib ki, Budapeşt danışıqları Rusiya və Ukrayna arasında müharibənin sona çatması ilə nəticələnə bilər.
