Demokrat.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, inteqrasiya Palatanın Azərbaycan hökumətinə birbaşa qoşulmasıdır və ölkədə qiymətləndirmə fəaliyyətinin tam rəqəmsallaşması istiqamətində mühüm addım hesab olunur. Proses tamamlandıqdan sonra vətəndaşlar qiymətləndirmə sifarişlərini elektron qaydada, sadə və rahat şəkildə həyata keçirə biləcəklər. Sistemə giriş Dijital Login, ASAN İmza, İdentifikasiya nömrəsi və ya üz tanıma (sima identifikasiyası) üsulları ilə təmin ediləcək. Bu imkanlar istifadəçilərə vaxt itirmədən, hər yerdən rahat şəkildə xidmətlərdən yararlanmaq imkanı verəcək.
Palatanın həyata keçirdiyi qiymətləndirmə prosesinə aid bütün sənədlər 5 il müddətində elektron arxivdə saxlanılacaq. Vətəndaşlar istənilən vaxt bu müddət ərzində sənədlərinə və qiymətləndirmə hesabatlarına onlayn baxa, onları yükləyə və qiymətləndirmə tarixçələrinə çıxış əldə edə biləcəklər. Bu, həm şəffaflığı artırır, həm də vətəndaşların informasiya əldə etməsini daha əlçatan edir.
AQP-nin "mygov.az" platformasına qoşulması Prezident İlham Əliyevin ölkədə elektron xidmətlərin inkişafına dair fərmanına uyğun olaraq qiymətləndiricilərin kağız daşıyıcılardan elektron mühitə keçidini təmin edir. Bu addım sənəd dövriyyəsini sürətləndirir, prosedurları asanlaşdırır və qiymətləndirmə fəaliyyətində şəffaflığı daha da artırır.
4Mənbələr
- 
                                    
                                        demokrat.azAzərbaycan Qiymətləndiricilər Palatası "mygov.az" platformasına inteqrasiya olunur ( 22586857)
- 
                                    
                                        apress.azAzərbaycan Qiymətləndiricilər Palatası “mygov.az” platformasına inteqrasiya olunur ( 22582327)
- 
                                    
                                        bakivaxti.azAQPalatası platformasına inteqrasiya olunur ( 22579888)
- 
                                    
                                        bakivaxti.azAQPalatası "mygov.az" platformasına inteqrasiya olunur ( 22579795)
 
                        