AZ

ABŞ Qəzza ilə bağlı məbləği səsləndirdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Qəzzanın yenidən qurulması xərclərini hesablayıb.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff bombardmanların törətdiyi kütləvi dağıntılardan və iki il davam edən münaqişədən sonra Qəzza zolağının bərpasının təxminən 50 milyard dollara başa gələ biləcəyini bildirib.

Vitkoff deyib: "Bu, bir az daha az, bir az daha çox ola bilər". Diplomatın fikrincə, belə məbləğlər Yaxın Şərq üçün elə də "fövqəladə görünmür".

Vitkoff mümkün donorların adlarını çəkməyib. Lakin  Qəzzanın bərpası prosesinin bölgədə davamlı sülhün və sabitliyin əsas elementi olacağını qeyd edib.

Hürr Tərcüman

 

Seçilən
106
hurriyyet.az

1Mənbələr