AZ

Gəncədə yaşlı kişi xəstəxana binasından yıxılaraq öldü

GƏNCƏ, 20 oktyabr. TELEQRAF

Gəncədə yaşlı kişi xəstəxana binasından yıxılaraq ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının travmatologiya şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, həmin şöbədə müalicə alan 1954-cü il təvəllüdlü Zahid Rzayev xəstəxanın ikinci mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
93
4
teleqraf.com

5Mənbələr