AZ

® “AccessBank” ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür!

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının fəal dəstəkçisi olan “AccessBank” növbəti dəfə “Bizdən Biznesə” startap müsabiqəsinə start verdiyini elan edir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıqda və rəqəmsal ödənişlər sahəsində qlobal lider “Visa”nın dəstəyi ilə həyata keçirilir.

Artıq ikinci dəfə keçiriləcək layihənin əsas məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara həm maliyyə, həm də mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən Biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar qapısı açır.

Ümumi mükafat fondu 75 min manat təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 min manat, II yerin qalibi 20 min manat, III yerin qalibi isə 15 min manat məbləğində mükafat əldə edəcək. Bundan əlavə, “Visa” tərəfindən seçilən xüsusi layihəyə də 15 min manat məbləğində əlavə mükafat təqdim olunacaq.

Qeyd edək ki, ötən il baş tutan “Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 min manat təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketi ilə həyata keçirilir.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

∙ 15 oktyabr–15 noyabr 2025 – Müraciətlərin qəbulu üçün son tarix

∙ 17–23 noyabr 2025 – Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihəsinin seçilməsi

∙ 24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi

∙ 2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq

∙ 22 dekabr 2025 – Qaliblərin mükafatlandırılma mərasimi

Daha ətraflı məlumat almaq üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/

“AccessBank” innovativ ideyaların gerçəkləşməsinə və yeni bizneslərin yaranmasına dəstək missiyasını davam etdirir, gələcəyin sahibkarlarını bu təşəbbüsün bir parçası olmağa dəvət edir.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Seçilən
37
6
azertag.az

8Mənbələr