Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur.
Putinin sözçüsü İranın nüvə proqramı üzrə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı vəziyyətin çox mürəkkəb olduğunu və Avropa İttifaqının qeyri-konstruktiv mövqeyini onu daha da gərginləşdirdiyini söyləyib.
 
                        