AZ

Qəzzada atəşkəs bərpa edildi

Qəzza zolağında bir gün əvvəl pozulmuş atəşkəs rejimi bərpa olunub.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilib. 

“Siyasi rəhbərliyin direktivinə əsasən və HƏMAS tərəfindən atəşkəsin pozulmasına cavab olaraq endirilmiş bir sıra ciddi zərbələrdən sonra Müdafiə Qüvvələri razılaşma şərtlərinə uyğun olaraq atəşkəs rejimini bərpa edib”, - İsrail tərəfi bəyan edib. 

Müdafiə Qüvvələri atəşkəs rejiminə riayət etməyə davam edəcəklərini, lakin hər hansı pozuntu hallarına qətiyyətlə cavab veriləcəyini açıqlayıb. 

Seçilən
17
5
demokrat.az

6Mənbələr