AZ

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

"Level Leasing"ASC əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar açıqlayıb.

Qeyd edilib ki, 15 oktyabr 2025-ci il tarixindən etibarən, həmçinin, "Level Leasing"ASC-nin nizamnamə kapitalının 27,90%-i Quliyeva Zərifə Aydın qızına, 27,90%-i Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızına və 6,19%-i Bədirova Lalə Əli qızına məxsusdur. 

Qeyd edək ki, bundan əvvəlki təkibdə, "Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), “Hermes Finance" ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızı (10%) idi. 

Beləliklə, Qarayeva Mənzər İsrail qızı (52%) və Məmmədova Rəqsanə Abdulla qızı (10%) öz paylarını satıblar. 

31 dekabr 2024-cü il tarixində "Hermes Finance" ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (22,67%) və Cəfərov Rəvan (28,33%) olub. 

Seçilən
98
1
marja.az

2Mənbələr