“İnter Mayami” MLS-də keçirdiyi növbəti oyununu qalib başa vurub.
"Football-plus.az" xəbər verir ki, komanda müntəzəm çempionatın sonuncu oyununda səfərdə “Neşvill“ə 5:2 hesabıyla qalib gəlib.
Messi het-trik etməklə 29 qolla çempionatın ən yaxşı bombardiri adını qazanıb. “İnter Mayami” müntəzəm çempionatın Şərq konfransını 65 xalla 3-cü yerdə başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Komanda pley-offun ilk oyununda yenidən “Neşvill” ilə qarşılaşacaq. Seriya iki qələbəyədək davam edəcək. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta