Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
HAQQ OLUR
Bir daş durur bir daş üstə,Söz də sözə calaq olur.Əksən barını yeyərsən,Əkmədiyin alaq olur. Məcnun suya,Leyli oda,Pərvanənin meyli oda,Necə irmaq bir arada,Axır-axır, bulaq olur. Dən tutmadı əkdiklərin,Alıb başa çəkdiklərin,Nədir sənin çəkdiklərin,Nə olur, sənə haqq olur.
SÖZƏ DÜŞDÜ
Gün doğanda çıxdıq yola,İlk şəfəqlər üzə düşdü.Bu yol çox uzun oldu,Bu uzun yol bizə düşdü. Hamı baxdı, biri gördü,Göy çiynində, yeri gördü,Kim ki gördü, diri gördü,Yeni bir həvəsə düşdü. Sevdiyim Allah adında,Yaşar göyün son qatında,Könlüm bir yükün altında,Ən ağır yük sözə düşdü
ÇIXIRYol uzun, yük də ağır,Sanma, bir yana çıxır. Verdiyini yel aparır, Nə ətə, nə qana çıxır. Yalançımız, yançımız,Yançı dərdi sancımız,Gündəlik qazancımızOta, samana çıxır. Ya varsan, ya bir heçsən,Qisməti özün seç sən,Bu yolu hardan keçsən,Gedib divana çıxır.
PİLLƏLƏR
Nə yorulur, usanır,Bu uc-uca pillələr.Bir..iki.. üç...qaldırır,Bizi uca pillələr.
Nə payız, nə qış görür,Nə də ki qarğış görür,Boyundan çox iş görür,Bu balaca pillələr.
Nə əldi, nə də yaxa,Nə gözdü, yola baxa,Umuddu neçə toxa,Neçə aca pillələr.
Dayanıb eyni rəfdə,Doğru da, naxələf də,Bir gün bizə tərəf dəQanad aça pillələr.
GEDƏR
Ah, bu dünya bir nəşədi,Kimləri baş qatıb gedər.Yer meşədi, göy meşədi,Şələsini çatıb gedər.Biri şahdı, biri kölə,Biri oddu, biri şölə,Suya düşsə meymun beləBalasını atıb gedər.Nə altım var, nə üstüm var,Nə istəyim, nə qəsdim var,İnandığım bir dostum var,Bir gün məni satıb gedər. 8.07.2025
BU DÜNYAYLA ARAMDA
Yerlə, göylə aramdaGözəl bir qadın durur..Bütün günü ağlımda,Ağlım canımı yorur. Əyilirəm aşağıYerin içindən çıxır.Guya sirr saxlayıramSirrin içindən çıxır.
Ağlımı alıb gedir,İncə boyu, buxunu.Sanki hər gün görürəm,Hər gün eyni yuxunu O göz, dodaq, o yanaq,Bədən ağlımdan çıxmır.Hər yerdən çıxan qadın,Nədən ağlımdan çıxmır Bu dünyayla aramdaBir qadın adı durur.O qadınla aramdaQadın inadı durur.
SƏNİ ÜŞÜDƏCƏK PAYIZ YAĞIŞLARI
Bir gün səni üşüdəcək payız yağışları,Parkda, çöldə, ya bir ağac altında.Xülasə, bu yerin üstündə, Bu göyün altında.Üstünə örtməyə bir yaşıl yarpaq,Yazmağa bir qələm, bir ağ varaq.Ayağın altında bir az torpaq,Üstündə sən olan dünya.Daha nə istəyirsən,Bundan artıq kefmi olar?Yaşa, nə qədər istəyirsən...
Bir gün səni üşüdəcək payız yağışları.Uçmağa heyin yox.Qırılmış qanadların üşüyəcək.Kimsə soruşmayacaq,Nahaq bu dünyanı sevdun.Nəyinə gərəkdi, bu dünya nəyinə?Nəyin var, nəyin yox?Üşüyə-üşüyə dönəcəksənQuru gül ləçəyinə.
Bir gün səni üşüdəcək payız yağışları.O zaman quru gül ləçəyiniİsidəcək bir qız baxışları.
LAÇINA QAR YAĞIR
Laçına qar yağır, qar,Sevincə bax, sevincə.Söz diktorun dilində,Bir-birinin yanınaDüzülür incə-incə.
Ekrana sığmır sevinc,Laçına qar yağır, qar.Qol götürüb oynayır,Laçında qoca dağlar.
Xəbərin olsun millət,Xəbərin olsun ölkə.Silinib getsin dahaÜzünə düşən kölgə.
Xəbərin olsun Dərbənd,Xəbərin olsun Təbriz.Laçına qar yağır,qar.Qoy, gözündən, könlündənSilinsin o qəmli iz.
Sevincdən NaxçıvanınDodağı çat-çat olur.Dikəlib qalxır Bakı,Köksü qürurla dolur.
Laçına qar yağır,qar,Ekrandan sevinc yağır.Bir Oğiz süfrəsi aç,Məclisə eli çağır. 20.09.2025
PAYIZI, YAĞIŞI, BİR DƏ YOLLARI
Bulud arxasından gün isidirdi,Payızı, yağışı, bir də yollaŕı.Torpaq pıçıldayır, yer eşidirdi,Payızı, yağışı, bir də yolları. Ölüm ayağında,Sənə göndərmişdim mən bu qolları.Qılınc tutmasa da, qələmdən tutanBu əllər sevirdiPayızı, yağışı, bir də yolları. Hər gün bir səhifə, hər gün bir varaq,İçində isidir soyuq suları.Varaqlar içində bir sarı yarpaqYadıma salırPayızı, yağışı, bir də yolları. Əyilir üfüqə gün aram-aram,Olur göy üzünün belə halları.Bir gün dönüb yenə xatırlayaramPayızı, yağışı, bir də yolları Hərənin göylərdə bir qisməti var,Ayrılır, qovuşur yerdə yolları.Soyuq nəfəsiylə qış salamlayır,Payız, yağışı, bir də yolları. 21.09.2025
SEVƏCƏK BİRİ VAR
Payızda yarpağı saralan adam,Bir gecə üşüdər yağan qar səni.Bəlkə isinərsən bu təsəlliyə,Hardasa sevəcək biri var səni.
Durnalar yol tutar yuxularına,Ayılıb göylərə əl eyləyərsən.Bir arı pətəyi ev olar sənə,Hörümçək torunu yol eyləyərsən.
Səhərdən axşama gözün yol çəkər,Ya biri axtarar, ya arar səni.Pıçıldar budaqda sonuncu yarpaq,Hardasa sevəcək biri var səni.
Asılıb qalarsan bircə fikirdən,Bir qırıq ip saxlar ümidlərini.Yaxınlar qaldırar yıxılsan yerdən,Göyərdər uzaqlar ümidlərini.
Bir gün bahar dönər, bir gün yaz gələr,Çiçəyə döndərər o dağlar səni.Astaca pıçıldar şehli ləçəklər,Hardasa sevəcək biri var səni.Yazda yarpaqları göyərən adam,Payızda sevəcək biri var səni 23.09.2025
SAKİT BİR GECƏ
Nə külək var,Nə meh əsir.Arabir boz buludlarAyın qabağını kəsir.Sakit bir gecə.Bir qadınSığınıb pəncərənin qaranlığınaVerdiyi acını yeyir həyatın.Bir gəncBaşını əllərinin arasına alıbQaytara bilmədiyi borcu düşünür.Ümidi tavandan asılan kənrirə qalıb.Sakit bir gecəBir gəlinŞüşədən boylanan şəhidinGözlərinə baxır.Körpəsinin solğun yanaqları,Bir də kişi qolları arasındaƏrimək hissiÜrəyini yaxır.Sakit bir gecə.Nə it hürüşü,Nə ilbiz səsi.Küçədə,Evdə,İşıq dirəklərində bir işıq həvəsi.Bir dəBir ana qucağında Mışıl-mışıl uyuyan körpə nəfəsi.Sakit bir küçə,Sakit bir şəhər,Sakit bir gecə. 30.09.2025
İÇİNDƏ ÇƏKDİYİN YÜKÜ
Taqətdən salıb canını,Bir az isti, bir az bürkü.Al, yerə qoy bir az dincəl,İçində çəkdiyin yükü.
Yerin dərdi, göyün dərdi,Səni bir yarpaq eləyib.Heç bilmirsən nəyin dərdi,Canını dustaq eləyib.
Biri sənə baha satar,Gözündə gördüyün tükü.Bu da qismət, dəyərli qıl,İçində çəkdiyin yükü.
Savaşlar, qavğalar bitsin,Dərdi, əzabı sənindi.Mini gəlsin, mini getsin,Açılan qapı sənindi.
Soyuq könlünü isitməzDəvə tükü, ya qu tükü.Bu dünyaya yük eləmə,İçində çəkdiyin yükü. 02.X.2025
QURUNUN ODU
Qurunun odunaYaş yanır.Ayaq yanır, baş yanır.Dost-yoldaş, qohum-qardaş yanır.Qurunun inadına bax,Hamını qandırır.Yaşın günahı yox,Quru hamını yandırır.Bütün günahlardan arınır.Bütün suçlardanTəmiz çıxır,Duru çıxır.Lilli suya salsanQupquru çıxır.Qurunun oduna yaş yanır.Quru haqlı çıxır,Quru qanmır,Dəlilsiz,sübutsuz qandırlr.Quru yanmır,Yandırır.Bir vaxt quru olubİndi qurunun oduna yanan yaşlar.Dünənki quru başlarBir vaxt baş olub.Sudan quru çıxa-çıxa,Sonda islanıb yaş olub.Qurunun odu Yaşı yandırır.Daş yaş olsa, daşı yandırır. 02.X.2025
SƏNSİZLİK
Qaynar lava kimi,Bəzən də bürkülü hava kimi.Adamın ürəyini yandırır,Uzaqdan səslənən nəva kimi.SənsizlikYerə dağılmış üzüm gilələrini yığmaq kimi,Bəzi anlar ayaq altında qalıb əzilir.Baxanda adamın üzgün halıKənardan sezilir.Tut yarpağını yeyən qurd kimi,Adamın içini yeyir sənsizlik.Ağıl uçur,Baş dönür.Adamın qəddini əyir sənsizlik.Yaralı quş kimiÇırpınmaqdır sənsizlik.Soyuq külək olub,Çılpaq ağac budaqlarınaÇırpılmaqdır sənsizlik.Qışda buz üstündə Yalını ayaqla yeriməyə bənzəyir.Ocaq üstə qoyulmuş qazanın içindəYağ kimi əriməyə bənzəyir.Kirpiyimun altlndaİynənin ucu boydaDonub qalmış buz.SənsizlikYarama səpilmiş duz. 12.X.2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.