Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müsabiqə Komissiyasından bildirilib ki, Xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə oktyabrın 20-dən noyabrın 20-dək açıq müsabiqə keçirilir.
Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, psixologiya, təhsildə sosial-psixoloji xidmət, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ali təhsil tələb edən orta rəis heyəti vəzifələridir.
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.