AZ

Matça doğru: “Qarabağ” bir, “Atletik” üç itki ilə meydana çıxır

“Qarabağ” Çempionlar Liqası Liqa mərhələsinin III turunda səfərdə “Atletik”lə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Bilbao klubunda oyun öncəsi üç itki var. Bunlardan biri Yeray Alvaresdir. Oyunçu dopinq cəzasına görə 10 ay futboldan uzaqlaşdırılıb.

Onunla yanaşı, zədəli olan Unai Egilus və Prados Diasın da bu matçda forma geyinməsi gözlənilmir. 

“Qarabağ”da isə cəmi bir itki var. Hücumçu Musa Qurbanlı dizində ağrılar olduğu üçün oyunu kənardan izləyəcək. 

Xatırladaq ki, “Atletik” – “Qarabağ” görüşü oktyabrın 22-də, saat 20:45-də start götürəcək.

Seçilən
117
idmanxeber.az

1Mənbələr