AZ

Azad edilmiş ərazilərdə 1500-dən çox evdə günəş panelləri quraşdırılıb

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində 1500-dən çox fərdiyaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dançox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəşkollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrikdoldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Vurğulanıb ki, xüsusilə binaların və fərdi evlərin tikintisindəenerji səmərəliliyi prinsipinə ciddi əməl olunur: “Bu tədbirlərdavamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübəningeniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyindənümunəvi bölgəyə çevirməyə yönəlib”.

Eyni zamanda qeyd edilib ki, bərpa olunan enerjinin texnikipotensialı 21-29 QVt, iqtisadi potensialı isə 5,8-6,9 QVt həcmindəqiymətləndirilən Naxçıvanda da inkişaf prosesi dövlət başçısının“yaşıl enerji” zonası ilə bağlı strateji baxışına uyğun şəkildəhəyata keçirilir: “Bu məqsədlə Naxçıvan Muxtar Respublikasınındavamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi“Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edənTədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunanenerji mənbələrindən istifadənin genişləndirilməsini, enerjimüstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasirşəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarınınartırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədəazaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonunadaxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad,Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. 2026-2030-cu illərüzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerjisahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əksetdirir”.

Seçilən
16
az.trend.az

1Mənbələr