AZ

Ermənistanın hakim partiyasından Qareginə sərt sözlər: Bu fırıldaqçı gizli şəkildə...

BAKI, 20 oktyabr. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin fırıldaqçıdır, gizli şəkildə siyasətlə məşğuldur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Ktriç Nersisyan (II Qaregin) faktiki olaraq siyasətlə məşğul olur, amma ictimai şəkildə yox. Yaxşı olardı ki, media nümayəndələri ona mətbuat konfransı keçirməyi təklif etsinlər, o da verilən suallara cavab versin və əvvəlcədən hazırladığı bəyanatları yox, canlı efirdə öz fikirlərini bildirsin.

Siyasət açıq fəaliyyət sahəsidir. Siyasətlə məşğul olub, kilsənin arxasında gizlənmək dürüstlük deyil, fırılaqçılıqdır. Qoy canlı efirdə mətbuat konfransı keçirsin, insanlara müraciət etsin və xalqın suallarını dinləsin. Axı İsa Məsih də insanların arasına çıxır, Tanrının sözünü təbliğ edir və hətta fariseylərin sərt, tikanlı suallarına cavab verirdi.

Qoy Ktriç Nersisyan da xristian kimi davransın, bu, mümkünsüz bir şeydirmi? Nəyi gizlətmək istəyir?”, - deputat qeyd edib.

Seçilən
108
teleqraf.com

1Mənbələr