AZ

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir

Bakı. Trend:

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumitəhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədrismetodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmışdərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrəmüsabiqə elan olunur.

Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslikkomplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodikvəsait) layihələrini müvafiq meyarlar əsasındaqiymətləndirəcəklər:

• Azərbaycan dili (tədris dili);
• Azərbaycan dili (dövlət dili);
• Riyaziyyat;
• Həyat bilgisi;
• Azərbaycan tarixi;
• Coğrafiya;
• Fizika;
• Biologiya;
• Kimya.

Əlavə olaraq, dərsliklərin dil-üslub baxımındanqiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspertxidməti tələb olunur.

Müraciətlərin qəbulu [email protected] elektron poçt ünvanı üzərindən aparılır.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ciil, saat 21:00 müəyyən edilib.

Müsabiqə barədə əlavə məlumatla aşağıdakı elan vasitəsilə tanışola bilərsiniz.

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspertxidmətlərinə dair müsabiqə elan edilir

Seçilən
16
1
az.trend.az

2Mənbələr