AZ

Avtomobilin qarşısına çıxan məktəbli son anda xilas oldu - VİDEO

Avtomobilin qarşısına çıxan məktəbli qəzadan son anda xilas olub...

Day.Az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu, Natiq əliyev və Sabit Orucov küçələrinin kəsişməsində qeydə alınıb.

Avtomobil paytaxtın ara küçələri ilə aşağı sürətlə hərəkət edir. Bu zaman azyaşlı anidən hərəkətdə olan avtomobilin qarşısına çıxır. Xoşbəxtlikdən sürücü qəzadan yayına bilir.

Görüntüləri "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərən sürücü valideyn məsuliyyətsizliyindən şikayətlənib. O qeyd edib ki, bəzi valideynlərin uşaqlarını nəzarətsiz buraxmaları faciələrlə nəticələnir.

Nəqliyyat ekpserti Yasin Mustafayev deyir ki, qəzanın qarşısını alan əsas amil sürücünün sürət həddini düzgün seçməsidir. Lakin təəssüf ki, piyada vurulması ilə baş verən yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb sürücülərin ani diqqətsizliyi olur.

Yasin Mustafayev bildirib ki, əsasən məktəblilər yolu keçərkən diqqətsizlik edirlər. Buna görə də valideynlər mümkün qədər övladlarını nəzarətsiz buraxmamalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
1
day.az

2Mənbələr