AZ

"Formula-1": ABŞ Qran-prisinin qalibi məlum oldu

"Red Bull" pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 19-cu mərhələsi olan ABŞ Qran-prisində qalib gəlib.

Avtosfer.az xəbər verir ki, yarış Texas ştatının Ostin şəhərində baş tutub.

"MakLaren"i təmsil edən britaniyalı Lando Norris yarışı ikinci yerdə tamamlayıb. "Ferrari" komandasının pilotu Şarl Lekler isə üçüncü olub.

Bu mərhələdən sonra pilotlar arasında titul uğrunda mübarizə daha da gərginləşib. Çempionatın sonuna 5 mərhələ qalmış Oskar Piastri ("MakLaren") 346 xalla birincidir. Onun komanda yoldaşı Lando Norris 332 xalla ikinci, Maks Ferstappen 306 xalla üçüncüdür.

Qeyd edək ki, yarışın növbəti mərhələsi oktyabrın 24-dən 26-dək Meksikada keçiriləcək.

Seçilən
34
1
avtosfer.az

2Mənbələr