AZ

Bank Olmayan Kredit Təşkilatına 2 milyon manat maya qoyuldu

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı 2 milyon manata yaxın artırılıb.

Marja.az xəbər verir ki, kredit təşkilatına əlavə 1 milyon 999 min 700 manat maya yatırılıb, nəticədə nizamnamə kapitalı 3 milyon manata yüksəlib. 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2000-ci ildə təsis edilib və yarandığı gündən etibarən davamlı olaraq ölkənin əksər regionlarında kiçik və orta sahibkarlıq subyektlərinə, o cümlədən, ailə və ev təsərrüfatlarına maliyyə xidmətləri göstərməkdədir. BOKT-ın qanuni təmsilçisi Əkbərov Anar Füzuli oğludur. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
marja.az

2Mənbələr