AZ

FIFA DÇ-2026-dan əvvəl ofsayd qaydasını dəyişə bilər

FIFA 2026-cı ildən - futbol üzrə dünya çempionatından əvvəl ofsayd qaydasına dəyişiklik etməyi planlaşdırır.

Publika.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, bu barədə keçmiş hakim Eduardo İtturralde Qonsales danışıb.

Söhbət "Venger qanunu" kimi tanınan ofsayd qaydasından gedir – onun müəllifi sabiq futbolçu və məşqçi, hazırda FIFA-nın dünya futbolunun inkişafı üzrə direktoru olan Arsen Vengerdir.

Vengerin təşəbbüsünə əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq bir boşluq olduqda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə – hətta qismən, məsələn, hücumçunun dabanı müdafiəçinin ayaq üstü ilə üst-üstə düşürsə – bu zaman ofsayd sayılmayacaq.

Seçilən
91
8
publika.az

10Mənbələr