AZ

Tramp: Rusiya və Ukrayna qoşunları cəbhə xəttində dayanmalıdır

BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna qoşunlarının hazırkı döyüş cəbhə xəttində dayandırmalı olduğunu vacib hesab edir.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə bildirib.

Onun fikrincə, tərəflər daha sonra danışıqlar apararaq razılığa gələ bilərlər.

Tramp qeyd edib ki, o və Rusiya Prezidenti Vladimir Putin Donbas məsələsini müzakirə etməyiblər, lakin hər iki tərəfin cəbhə xəttində dayanmalarını istəyir. ABŞ lideri həmçinin qeyd edib ki, 78% ərazi artıq Rusiyanın nəzarətindədir və Moskva ilə Kiyev daha sonra ərazi məsələlərində razılığa gələ bilər.

Seçilən
67
teleqraf.com

1Mənbələr