AZ

İsrailli nazir Netanyahudan Qəzzada döyüşlərin bərpasını tələb etdi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə nazir özünün Telegram kanalında yazıb.

 

"Mən Baş naziri İsrail Müdafiə Qüvvələrinə Zolaqda hərbi əməliyyatları tam şəkildə bərpa etməyi əmr etməyə çağırıram. HƏMAS-ın mövqeyini dəyişəcəyi, hətta gözlənildiyi kimi imzaladığı razılaşmaya sadiq qalacağına dair yalan illüziyalar bizim təhlükəsizliyimiz üçün təhdiddir", - Ben-Qvir vurğulayıb.

 

Nazir həmçinin hərəkatın mümkün qədər tez və tam məhv edilməsini istəyib.

Seçilən
37
7
senzor.az

9Mənbələr