AZ

Luvr BELƏ SOYULUB - DETALLAR

Paris Luvr muzeyinə basqın edən şəxslər hadisə yerinə özləri ilə avtoqaldırıcı gətiriblər.

Musavat.com xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko “BFMTV” telekanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, cinayətkarların muzeyə girməsindən dərhal sonra həyəcan siqnalı işə düşüb. Sosial şəbəkələrdə yayılan videoda sarı jilet geyinmiş bir nəfərin vitrinləri sındırdığı aydın görünür.

Prokuror bildirib ki, hadisə baş verən anda muzey əməkdaşları ziyarətçilərin təxliyəsi ilə məşğul olduqları üçün müdaxilə edə bilməyiblər:

“Cinayətkarlar həmin an orada olan muzey işçilərinə hədə-qorxu gəlib, mühafizəçilərdən zalı tərk etməyi tələb ediblər”.

Hazırda Fransa polisi hadisənin bütün təfərrüatlarını araşdırır və cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat davam edir. 

 

Musavat.com

Seçilən
94
38
musavat.com

10Mənbələr