AZ

Atəşkəs razılaşması kağız üzərində qaldı - İsrail Qəzzanı yenidən bombalamağa başladı…


İsrail atəşkəs razılaşmasının HƏMAS tərəfindən pozulduğunu əsas gətirərək Qəzza zolağına yenidən şiddətli hücumlara başlayıb.

İsrail Ordusundan verilən açıqlamaya görə, İsrail atəşkəsə baxmayaraq Qəzzanın hər yerində ardıcıl hücumlara başlayıb. Ordu mənbələri Qəzzada israilli məhbusların saxlanıldığı tunellərə də hücumlar edildiyini iddia edib.

İsrailin atəşkəsi pozmasından və Qəzzaya hücumlara başlamasından sonra HƏMAS vasitəçilərə çağırış edib. HƏMAS yaydığı açıqlamada deyilir: "Biz razılaşmanın pozlmasından İsraili məsuliyyət tuturuq. Vasitəçiləri İsrailin hücumlarını dayandırmaq üçün müdaxilə etməyə çağırırıq".

Səhər saatlarında isə İsrail, HƏMAS-ın İsrail ordusunu hədəf aldığını iddia edərək, Qəzza zolağının cənubundakı Rəfahda müxtəlif ərazilərə hava zərbələri endirib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları isə bəyanat yayaraq atəşkəsə sadiq olduqlarını və Rəfahdakı hadisələrə heç bir aidiyyəti olmadığını bəyan edirlər.

İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu deyərək orduya Qəzza zolağına “sərt müdaxilə” əmri verdiyi açıqlayıb. Qəzzadakı fələstinli mənbələr isə HƏMAS-ın İsrail ordusunun silahlandırdığı Yasir Əbu Şababın rəhbərlik etdiyi bölgədə silahlılarla toqquşduğunu iddia edib.

TAHİR

Seçilən
38
baki-xeber.com

1Mənbələr