Misli Premyer Liqasında VIII tura yekun vurulub.
Aznews.az xəbər verir ki, turun bağlanış matçında "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.
"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.