AZ

Sabah Zirə yə qalib gəldi, Neftçi xal itirdi

ain.az, Lent az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

Lent.az xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.

Digər matçda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"a 2:1, "Kəpəz" "Şamaxı"ya, "Sumqayıt" "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib, "İmişli" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 2:2.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
10
lent.az

10Mənbələr