AZ

Ağ Evdən Tramp-Putin görüşü ilə bağlı jurnalistə qalmaqallı cavab – “görüş yerini anan seçdi”…


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin yaxın həftələrdə Budapeştdə görüşəcəyi ilə bağlı açıqlamadan sonra görüş yerini kimin seçdiyi sualı Ağ Evdə xoşagəlməz cavabla qarşılanıb.

“HuffPost” müxbiri Ağ Evdəki mətbuat konfransında “görüş yerini kim seçdi?” sualını verdi. Suala Ağ Evin mətbuat katibi Karolin Livitt “anan seçdi” deyə cavab verib. Məlumata görə, Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq da eyni suala “anan” deyə cavab verib.

Jurnalist bununla bağlı Livittə "Cavabınızın gülməli olduğunu düşünürsünüz?" suaLeavitt sualına Ağ Evin mətbuat katibi belə cavab verib: "Özünüzü qəzet hesab etməyiniz mənə gülməlidir. Siz heç kimin, o cümlədən media həmkarlarınızın ciddiyə almadığı ifrat solçu nəşrsiniz, sadəcə bunu sizin üzünüzə demirlər. Mənə qeyri-səmimi, qərəzli və absurd suallarınızı yazmağı dayandırın".

TAHİR

Seçilən
21
2
baki-xeber.com

3Mənbələr