AZ

"WhatsApp"dan çoxdan gözlənilən YENİLİK

"WhatsApp" messencerinin tərtibatçıları öz sistemlərində spamla mübarizə tədbirlərini gücləndirmək üzərində fəal şəkildə çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə "TechCrunch" nəşri məlumat yayıb.

Bildirilib ki, bu səylər çərçivəsində platforma, istifadəçilərin və biznes hesablarının qarşı tərəfdən cavab almadan göndərə biləcəyi mesajların sayını məhdudlaşdırmağı planlaşdırır.

Əvvəlcə şəxsi ünsiyyət üçün nəzərdə tutulmuş "WhatsApp" zamanla biznesin auditoriya ilə qarşılıqlı əlaqəsi və icmaların fəaliyyəti üçün mühüm platformaya çevrilib. Bu yeniliklər nəticəsində istifadəçilər daha çox mesaj axını ilə qarşılaşırlar ki, bu da həqiqətən vacib bildirişləri izləməyi çətinləşdirir.

Yaxın gələcəkdə tanımadığı kontaktlara göndərilən bütün çıxan mesajlar yeni aylıq limit çərçivəsində nəzərə alınacaq. Qeyd etmək vacibdir ki, göndərən əvvəlki mesajına ən azı bir cavab aldıqda bu məhdudiyyət aradan qalxır. Məhdudiyyətlərin dəqiq parametrləri hələ açıqlanmayıb, çünki şirkət müxtəlif variantları test edir. Messencer istifadəçiləri və şirkətləri müəyyən edilmiş həddə yaxınlaşdıqda xəbərdar edəcək. Bu, mesajlaşma zamanı avtomatik bloklanmanın qarşısını almağa kömək etməlidir.

Seçilən
119
41
publika.az

10Mənbələr