ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə gözlənilən danışıqlar ərəfəsində Ukraynaya diplomatik təzyiqi gücləndirib.
"Ölkə.az" xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, Ağ Ev eyni zamanda Moskvaya qarşı yeni sanksiyaların tətbiqində ehtiyatlı davranır və mövcud mexanizmlərdən tam istifadə etmir.
ABŞ Dövlət Departamentinin Avropa üzrə sabiq köməkçisi Daniel Frid bildirib:
“Rusiyaya qarşı iqtisadi və hərbi təzyiqi artırmaq üçün vasitələr var, amma biz onlardan istifadə etmirik.”
WSJ qeyd edir ki, Tramp administrasiyasının bəzi nümayəndələri Ukraynanın danışıqlarda daha çox təzyiq altında olduğunu etiraf edirlər.(Musavat.com)