AZ

Məşhur Luvr muzeyi qarət olundu - FOTO

Oktyabrın 19-da səhər saatlarında Luvr muzeyində qarət hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati məlumat verib. “Oğurluq bu gün səhər saatlarında Luvrda baş verib. Mən muzey işçiləri və polislə birlikdə hadisə yerindəyəm. Hazırda araşdırma aparılır”, – nazir bildirib. “Le Parisien” qəzetinin məlumatına görə, bir neçə oğru muzeyin pəncərələrini sındırıb və zinət əşyalarını oğurlayaraq qaça biliblər. Hadisəni törədənlərin silahlı olduğu bildirilir. Luvr rəhbərliyi muzeyi ictimaiyyət üçün bağlayıb.

FOTO QALEREYA
Seçilən
73
14
avtosfer.az

10Mənbələr