AZ

Rusiya Qazaxıstandan qaz idxalını dayandırıb

Orenburqdakı qaz emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumları səbəbindən Qazaxıstandan xammalın qəbulunu dayandırıb. 

NOCOMMENT.az bildirir ki, bu barədə keçmiş Sovet respublikasının Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

“2025-ci il oktyabrın 19-da Orenburq Qaz Emalı Zavodunda PUA-nın hücumu ilə əlaqədar fövqəladə hadisə baş verib, zavod Qaraçaqanak yatağından xam qazın qəbulunu müvəqqəti dayandırıb”, – nəşrdə deyilir.

Qeyd olunur ki, respublikanın qaz təchizatına heç bir təsir yoxdur. Qazın verilişi heç bir məhdudiyyət olmadan davam edir.

Daha əvvəl məlumat verilmişdi ki, Ulyanovsk vilayətinin Veşkaima kəndindəki yarımstansiya pilotsuz təyyarənin hücumundan sonra yanıb. Hadisə zamanı xəsarət alan olmayıb, yanğının qarşısı alınıb.

Seçilən
82
nocomment.az

1Mənbələr