AZ

Bu söz-söhbət onu əsəbiləşdirir

“Ferrari” komandasının sürücüsü Çarlz Lekler bir daha əmin edib ki, onun ürəyi yalnız İtaliya komandasına məxsusdur.

Publika.az xəbər verir ki, 28 yaşlı pilotun sözlərini “Motorsport” sitat gətirib.

Skuderiyanın bu mövsümki uğursuz çıxışı Leklerin potensial komanda dəyişikliyini nəzərdən keçirməsi ilə bağlı yeni söz-söhbət dalğasına səbəb oldu. Sentyabrın sonlarında hətta onun meneceri Nikolas Todtun yayda “Aston Martin”, “Maklaren” və “Mercedes” ilə danışıqlar apardığı bildirildi.

Bu söz-söhbətlərlə bağlı sualı cavablandıran Lekler bildirib ki, planlarında heç nə dəyişməyib, qırmızı avtomobilin sükanı arxasında dünya çempionu olmaq arzusundadır

Seçilən
75
publika.az

1Mənbələr