Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gedib.
XQ xəbər verir ki, səfər çərçivəsində Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.