AZ

Azərbaycan asfalt istehsalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 87,9 min ton asfalt istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,5 % çoxdur.Təkcə sentyabrda isə ölkədə 36,3 min ton asfalt istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,3 dəfə çoxdur.

2024-cü ildə Azərbaycanda 141,8 min ton asfalt istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % azdır.

Seçilən
101
1
metbuat.az

2Mənbələr