platformalarda insan alverinin mexanizmləri haqqında davamlı təbliğat, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər və vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi.
4. Məlumat və monitorinq: Qurbanların real statistikasını, istismarın növlərini və trendləri izləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və proqramlar effektiv olur.
5. Qurbanların Reinteqrasiya proqramları onların seçimləri və ehtiyacları nəzərə alınmaqla tərtib edilməlidir.
Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən sadəcə yardım və ədaləti tələb etmir — onlar həm də, ümid və ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş tək bir qurumun yox, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.
Tədbirdə Cəlilabad ŞPŞ – in İTB-nin rəisi, polis mayoru A.Atakişiyev, psixoloq K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarması üçün — hər birimizin mənəvi və praktik məsuliyyət daşımaqları barədə məlumat verdilər.
Sonda cəmiyyətə mesaj olaraq – “ Hər bir qurban üçün ədalət, dəstək və ümid yolları açaq” – şüarını səsləndirilməsi tövsiyə edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.