ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Bu ilin ilk 9 ayında Azərbaycandan 50,6 milyon dollar (86 milyon manat) həcmində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, içki ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,7 milyon dollar (4,6 milyon manat) və ya 5,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 53,3 milyon dollar (90,7 milyon manat) dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac olunmuşdu.
Bu il 9 ayında ümumi ixracın 0,27%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,91%-i bu məhsulların payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,27% olub.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.