AZ

Məşhur şirkət 700 min avtomobilini geri çağırdı

"Ford" şirkəti avtomobillərdə aşkar edilmiş texniki nasazlıqlara görə 740 mindən çox minik maşın və yük avtomobilini geri çağıracaq.

Publika.az xəbər verir ki, bu barədə "Archyde" nəşri məlumat yayıb.
Qeyd edilib ki,
300 minə yaxın(291901) F-250, F-350 və F-450 ağır yük maşını arxa görüntü kamerası displeylərindəki problemlərə görə proqram təminatı yeniləməsi üçün geri çağırılacaq.

Təxminən 90.000 2022-2023-cü ilin "Ford Mustang" avtomobili ön təhlükəsizlik kəmərindəki problemlərə görə müvəqqəti olaraq dilerlərə qaytarılacaq. Satıcılar hər bir avtomobildə olan kəmərləri yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcək.

Bundan əlavə, 2013-2018-ci illərdə buraxılmış təxminən 310 000 "Ford Fusion" və "Lincoln MKZ" avtomobili sükan çarxında potensial problemlərə, xüsusilə aşağı sürətlə hərəkət edən zaman təhlükəli olan sükan sisteminin dişli şaftında aşkar edilmiş nasazlıq səbəbindən geri çağırılacaq.

Seçilən
27
publika.az

1Mənbələr