AZ

“Kəpəz” mövsümdə ilk qələbəsini qazandı - VİDEO

Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib. 

Bizim.Media xəbər verir ki, turun açılış oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib. 
 

Autsayder cari mövsümdə xal hesabını açmaq üçün mübarizə aparıb və bu istəyinə darmadağınla çatıb. 


Bu gün həm də son çempion və liderin görüşü baş tutacaq. 

“Turan Tovuz” “Qarabağ”ı onun öz meydanında “qəbul edəcək”. “İmişli” – “Qəbələ” və “Sumqayıt” – “Karvan-Yevlax” matçları sabah, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə 19 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası

8-ci tur

17 oktyabr

“Şamaxı” – “Kəpəz” 1:4

Qollar: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.

Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.

Şamaxı şəhər stadionu, 14:30.


Bizim.Media

Seçilən
57
27
bizim.media

10Mənbələr