AZ

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı - FOTO

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib. 

“Unikal” “Qaynarinfo”ya istinadən xbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub. 

QSC-dən bildirilib ki, o, karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatırladaq ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi. 

Qeyd edək ki, son aylar Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan vəzifəli şəxslərin kütləvi şəkildə işdən çıxmaları ilə bağlı məlumatlar yayılır. 

Seçilən
102
24
unikal.az

10Mənbələr