Bunu Teleqraf-a açıqlamasında H.Pənahova bildirib:
“Qarşı tərəfin növbəti instansiya məhkəməsinə müraciət etmək üçün vaxtı var. Yəqin ki, əşyalarımı geri qaytaracaqlar. Bildiyim qədəri ilə qarşı tərəf məhkəmədə uduzduğu üçün vəkilini də dəyişib”.
Həyat yoldaşından təhdidlər aldığı üçün onu telefonda əngəllədiyini bildirən H.Pənahova əlavə edib:
“Ortada uşaq da yoxdur, mülk bölgüsü də. Nə onların imarətini istəyirəm, nə də maşınlarını. Mən öz şəxsi əşyalarımı, qızıllarımı, cehizimi istəyirəm. İlyarımdır boşana bilmirəm. Süni şəkildə prosesi uzadırlar. Görünür, Məzahir Pənahov məhkəmə sədrinə zəng edib prosesi süni şəkildə uzatdırmağa nail olub. İki ay keçib, hakim hələ də boşanma işinə baxmayıb.
Əşyalarım Bakıdadır, biz evləndikdən sonra yaşadığımız villadadır. Amerikada, birgə yaşadığımız Los-Ancelesdə də iki çamadanım qalıb. Geyimləri onlara hədiyyə edirəm, heç olmasa, qızıllarımı qaytarsınlar. Orada sadəcə, onların mənə toyda hədiyyə etdikləri qızıllar deyil ki. Mənim özümün, ailəmin bağışladığı zinət əşyaları da var. Bu ailəyə mənim qızıllarım lazımdır? Onların milyonları, hər ölkədə imarətləri var. Məzahir Pənahov oğlunu özü işə düzəltmirdi ki, alkolizmdən əziyyət çəkir. Ona görə oğlunu Amerikaya göndərmişdi. Atam Məzahir müəllimə zəng etmişdi ki, gəlsin ağsaqqalların iştirakı ilə danışıqlar aparılsın. Dedi, gələcəm, amma gəlmədi. Söz göndərdilər ki, utanırlar. Nədən utanırlar?”
10Mənbələr
-
news24.az“Məzahir Pənahovun nə villalarını, nə də maşınlarını istəyirəm” - Gəlini ( 22496242)
-
azia.az"Geyimləri də onlara hədiyyə edirəm, heç olmasa, qızıllarımı qaytarsınlar" - Məzahir Pənahovun gəlini ( 22511929)
-
pravda.az"Geyimləri də onlara hədiyyə edirəm, heç olmasa, qızıllarımı qaytarsınlar" - Məzahir Pənahovun gəlini ( 22509961)
-
yenilik.azMəzahir Pənahovun gəlini: “Bu ailə oğrudur...” ( 22504471)
-
moderator.azMəzahir Pənahovun gəlini: “Nə villaları istəyirəm, nə də maşınları…” ( 22503505)
-
demokrat.azMəzahir Pənahovun gəlini: “Nə villaları istəyirəm, nə də maşınları...” ( 22501366)
-
tribunainfo.azMəzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var – Gəlini ( 22499317)
-
aia.az“Məzahir Pənahovun nə villalarını, nə də maşınlarını istəyirəm” - Gəlini ( 22498300)
-
hurriyyet.azMəzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var - Gəlini ( 22497529)
-
publika.azBu ailə oğrudur: Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var ( 22496551)