AZ

Rusiyada çağırışçılar zorla Ukraynaya GÖNDƏRİLİR

Rusiyada səfərbər edilən əsgərlər zorla Ukraynaya göndərilməyə məcbur edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Exo Moskvı” məlumat yayıb.

Rusiya ordusunun elit hissələrinə qəbul olunan çağırışçılar təhdidlər və atəş açmaqla Ukraynaya göndərilmək üçün müqavilə imzalamağa məcbur ediliblər.

Hadisə ilə bağlı məlumatlar nəşrin redaksiyasının əldə etdiyi və insan hüquqları üzrə komissara ünvanlanan anaların şikayətlərində yer alıb.

Sənədlərdə ötən ilin may və iyul aylarında xidmətə çağırılan iki gəncin vəziyyəti təsvir olunur. Gənclərin anaları hadisə barədə məlumat veriblər.

Bu ilin may ayında qadınlar öyrəniblər ki, oğulları müharibəyə getmək üçün müqavilə bağlayıblar.

Müraciət müəllifləri iddia edirlər ki, komandirləri onları buna məcbur edib.

Çağırışçılar döyülür, qorxudulur, daimi birləşmələr tərəfindən sıxışdırılır, yatmağa qoymurlar, ailələri ilə əlaqə saxlanılması qadağan edilir, eyni zamanda sənədləri imzalamağa məcbur edilirdilər.

Hərbi hissələrdən birində döyüşə getməkdən imtina edənləri, ehtimal ki, pnevmatik tüfənglə güllələyiblər.

Analar iddia edirlər ki, onlardan ən azı birinin bədənində güllə izləri var, işgəncə şahidləri də var.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
25
interpress.az

10Mənbələr