AZ

Anar Quliyev: Milli Şəhərsalma Forumunda 65 ölkədən hökumət nümayəndələri iştirak edirlər VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan tərəfindən təşkil edilən Milli Şəhərsalma Forumu iştirakçılar üçün beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, forum getdikcə inkişaf edir və bu il 65 ölkədən hökumət nümayəndələri, nazir müavinləri, yerli hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları və akademiklər iştirak edir.

“Forum çərçivəsində şəhərsalma, iqlim dəyişikliyinə davamlı şəhərlərin inkişafı, regional əməkdaşlıq və innovativ həllər müzakirə olunur. Forumun sessiyaları həm Bakı şəhərində, həm də işğaldan azad olunmuş şəhərlərdə, o cümlədən Xankəndi və Şuşa şəhərində keçirilir, iştirakçılar proseslərin sürəti və keyfiyyəti ilə tanış olurlar. Azərbaycan gələn ilin may ayında Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Forumun əsas mövzusu “Hər kəs üçün layiqli yaşayış şəraitinin təmin edilməsi” olacaq. Forumla bağlı ilkin təşkilati məsələlər artıq həll olunub, forumun loqosu hazırlanıb, sayt istifadəyə verilib və qeydiyyat başlayıb. Forum Bakı Olimpiya Stadionunda keçiriləcək, yüksəksəviyyəli müzakirələr, sessiyalar və nazirlər iclası ilə zəngin proqram təqdim olunacaq”, - deyə Anar Quliyev vurğulayıb.

Seçilən
24
azertag.az

1Mənbələr